Tramp vəd verdi: Kanada ABŞ-a qoşularsa..

Kanada ABŞ-a qoşularsa, ölkədəki vergilər 60%-dən çox azaldıla bilər.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Truth Social-da yazıb.

“Əgər Kanada bizim 51-ci dövlətimiz olarsa, onların vergiləri 60%-dən çox azalacaq, biznesləri dərhal ikiqat artacaq və onlar dünyanın heç bir ölkəsi kimi hərbi cəhətdən qorunacaqlar”, – deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, eyni vəziyyət əhalisi ABŞ-ın bir hissəsi olmaq istəyən Qrenlandiyaya da aiddir.

O, qeyd edib ki, Vaşinqtonun Danimarka adasına “milli təhlükəsizlik məqsədləri üçün” ehtiyacı var.

Tramp Kanadanı ABŞ-a birləşdirmək istəyini ilk dəfə dekabrın əvvəlində Kanadanın baş naziri Castin Trüdo ilə söhbəti zamanı baş verib.

 

 

 

Günay

Gununsesi.info