38 nəfərin hamısının cəsədi tapılıb — RƏSMİ

Qazaxıstanda qəzaya uğrayan təyyarədə həlak olan 38 nəfərin hamısının cəsədi tapılıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dünyasının dəyişənlərdən 7-sinin şəxsiyyəti müəyyən edilib.

“Ölən 38 nəfərin cəsədi aşkar edilərək Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə göndərilib”, – Nazirliyin məlumatında deyilir.

Qeyd olunub ki, təyyarənin qəzaya uğradığı yerdə xilasetmə işləri Rusiya Federasiyasının Mərkəzi Əməliyyat Qərargahının qrupları tərəfindən aparılır.

 

 

Gununsesi.info