Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 17 ailə Cəbrayıla köçürülüb

  • By Günel
  • 25 Dekabr 2024 23:07

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir.

Gununsesi.info xəbər verir ki, Cəbrayıl Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Biləsuvar rayonunda salınmış qəsəbələrdən 17 ailə – 84 sakin olmaqla bu gün Cəbrayıl şəhərinə köçürülüb.

Bununla yanaşı, Bakı şəhərindən 23 ailə – 122 nəfər, Abşeron rayonundan 4 ailə – 21 nəfər, Şəki rayonundan 2 ailə – 10 nəfər, Sumqayıt şəhərindən 1 ailə – 6 nəfər, Saatlı rayonundan 1 ailə – 5 nəfər, Beyləqan rayonundan 1 ailə – 5 nəfər olmaqla 49 ailə – 253 nəfər Cəbrayıl şəhərinə yola salınıb.

Həmçinin qeyd olunub ki, bugünədək respublikamızın müxtəlif bölgələrində məskunlaşmış cəmi 287 ailə – 1 169 nəfər rayon sakini Cəbrayıl şəhərinə köçürülərək daimi məskunlaşmaları təmin edilib. (“Report”)

Gununsesi.info