Dünya liderləri Azərbaycana başsağlığı verirlər

  • By Günel
  • 25 Dekabr 2024 21:08

Misir “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, müvafiq məzmunlu sənədi Misir Xarici İşlər Nazirliyi (XİN) yayıb.

“Misir Ərəb Respublikasının hökuməti və xalqı sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dost Azərbaycan Respublikasına başsağlığı verir”, – XİN-in bəyanatında bildirilib.

Qahirə, həmçinin belə ağır məqamda Bakıya dəstəyini bəyan edib, bütün yaralılara tezliklə sağalmağı arzulayıb. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

X X X

İtaliyanın Azərbaycandakı səfirliyi Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, səfirlik bu barədə “X” hesabında paylaşım edib.

“İtaliya səfirliyi bu gün baş vermiş təyyarə qəzasında həlak olanlara və onların ailələrinə dərin hüznlə başsağlığı verir və lazımi yardımı göstərməyə hazır olduğunu bildirir”, – deyə paylaşımda qeyd edilib.

X X X

Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Litva XİN “X” platformasındakı paylaşımında bildirib.

“Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı xəbər məni çox kədərləndirdi. Litva xalqı adından qurbanların ailələrinə dərin hüznlə başsağlığı veririk”- deyə paylaşımında bildirilib.

X X X

İordaniya Haşimilər Krallığının Xarici İşlər və Miqrantlarla iş üzrə Nazirliyi Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan və xəsarət alanlarla bağlı Azərbaycana başsağlığı verib.

Gununsesi.info bildirir ki, bu barədə “Report” İordaniya XİN-in bu ölkənin Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc edilmiş bəyanatına istinadən xəbər verir.

“Nazirliyin mətbuat katibi dr.Sufyan əl-Quda Azərbaycan hökumətinə və xalqına dəstək sözlərini ifadə edib. O, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb”, – bəyanatda bildirilib.

X X X

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – məlumatda qeyd edilib.

Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb.

Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə əlaqədar dekabrın 26-da ölkədə matəm elan edilməsi üçün Sərəncam imzalayıb.

 

X X X

Gürcüstanın Azərbaycandakı səfirliyi Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”nın (AZAL) təyyarə qəzası ilə əlaqədar başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, bu barədə xarici işlər qurumunun “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.

“Baş vermiş faciə bizi dərindən sarsıtdı. “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar dərin kədər hissi keçirir, həlak olanların ailələrinə, Azərbaycan hökumətinə və xalqına başsağlığı veririk. Yaralılara tezliklə şəfa diləyirik. Bu çətin anlarda ölkəmiz sizinlədir”, – məlumatda bildirilib.

X X X

Moldova Xarici İşlər Nazirliyi “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Moldova XİN-in “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau (Qazaxıstan) yaxınlığında qəzaya uğraması ilə əlaqədar həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Bu ağır vaxtda fikrimiz zərərçəkənlərin yanındadır”, – məlumatda deyilir.

X X X

Moldova Respublikasının Prezidenti Maya Sandu Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, o, bununla bağlı “X” hesabında paylaşım edib.

“Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğramasına görə dərin kədər hissi keçiririk. Dualarımız həlak olanlar, onların ailələri və bütün zərərçəkənlərlədir. Sağ qalanlara və yerdə olan xilasetmə qruplarına güc diləyirik”,-deyə Moldova Prezidenti qeyd edib.

***14:43

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidmətindən bildirilib.

Qazaxıstan Prezidenti Azərbaycan xalqının kədərini bölüşdüyünü vurğulayıb: “Sizə, həlak olanların yaxınlarına və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Mənim tapşırığımla Qazaxıstan hökuməti xilasetmə əməliyyatı çərçivəsində lazımi tədbirləri həyata keçirən və gələcəkdə Azərbaycan tərəfinə lazımi dəstəyi göstərən dövlət komissiyası yaradıb”.

X X X

Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğradığını böyük kədərlə öyrəndim.

Gununsesi.info bildirir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın “X” hesabında etdiyi paylaşımında deyilir:

“Qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə başsağlığı verirəm”, – Ersin Tatar qeyd edib.

X X X

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Gununsesi.info bildirir ki, o, bu barədə rəsmi “X” hesabında yazıb.

“Bakı-Qroznı reysini həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradığını böyük kədərlə öyrəndim. Qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm”, – paylaşımda qeyd olunub.

X X X

Qırğızıstan Prezidenti Sadır Japarov AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı teleqramı göndərib.

Gununsesi.info bildirir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat verir.

“Bu gün çoxsaylı insan tələfatı ilə nəticələnən Azərbaycana məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması xəbərini ürək ağrısı ilə qarşıladım. Qırğız Respublikası xalqı adından və şəxsən öz adımdan həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu faciə nəticəsində xəsarət alanların tezliklə sağalmalarını arzulayıram. Bu əvəz edilməz itkiyə görə dərd və kədərinizi bölüşürəm”, – teleqramda deyilir.

Daha əvvəl Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadən bildirilib ki, ilkin məlumata görə, Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə 3 Qırğızıstan, 37 Azərbaycan, 6 Qazaxıstan və 16 Rusiya vətəndaşı olub.

X X X

Fransanın Azərbaycandakı səfirliyi AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

“Bu gün Aktau yaxınlığında baş vermiş “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzası nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını diləyirik”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, 28 nəfər qəzadan sağ çıxıb.

X X X

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.

“AZAL-a məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı xəbərlər dərin hüznlə qarşıladım. Fikrim həlak olanlar, onların ailələri və bu ürəkağrıdan faciədən əziyyət çəkən insanların yanındadır”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, 28 nəfər sağ çıxıb.

X X X

Türkiyə Xarici İşlər nazirliyi Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Xarici İşlər nazirliyinin “X” hesabında paylaşım edilib.

X X X

ABŞ və Böyük Britaniya səfirlikləri Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, bu barədə səfirliklərin sosial media platformalarındakı paylaşımında bildirib.

“ABŞ səfirliyi bu gün Qazaxıstanda baş verən hava qəzasının qurbanlarına, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Biz bu faciə ilə bağlı Azərbaycana kömək etməyə hazırıq”-deyə paylaşımda qeyd edilib.

Azərbaycan Hava Yollarının Qazaxıstanda qəzaya uğraması ilə bağlı xəbərlər dərin hüznlə qarşılandı. Mənim fikirlərim bu faciəli hadisədən əziyyət çəkənlərin hamısı ilədir. Böyük Britaniya hökuməti hakimiyyət orqanları ilə əlaqə saxlayır” – Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld bildirib.

X X X

Rumıniya Xarici İşlər Nazirliyi təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.

“Azərbaycan Hava Yolları təyyarəsinin qəzası ilə bağlı faciəvi xəbəri dərin kədər və təəssüflə qarşıladıq. Düşüncələrimiz və dualarımız qurbanlar və onların ailələri ilədir”- deyə paylaşımda bildirilib.

X X X

Gürcüstan Xarici İşlər Nazirliyi təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, qurumun bəyanatında Azərbaycanla həmrəylik ifadə olunub.

“Azərbaycan Hava Yolları təyyarəsinin qəzaya uğraması nəticəsində onlarla insanın həlak olmasını eşitməyimiz bizi dərin kədərləndirdi. Biz Azərbaycan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bu çətin zamanda Gürcüstan strateji tərəfdaşı Azərbaycanla həmrəydir. Yaralıların tezliklə sağalmasını arzu edirik”, – deyə qurumun X platformasında paylaşımında qeyd edilib.

X X X

Pakistanın Baş naziri Şahbaz Şərif təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Baş nazir sosial media hesabında paylaşım edib.

“Qazaxıstanın Aktau yaxınlığında Azərbaycan təyyarəsinin faciəvi qəzaya uğraması xəbəri dərindən sarsıtdı. Bu hadisə nəticəsində həyatını itirənlərlə bağlı əziz qardaşım Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Fikirlərimiz mərhumların ailələri ilədir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Pakistan Azərbaycanın yanındadır”, – Şahbaz Şərif bildirib.

X X X

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Prezidentin “X” sosial media hesabında bildirili