Yaralıların xəstəxanadan GÖRÜNTÜLƏRİ — VİDEO

AZAL təyyarəsində olan yaralıların xəstəxanadan görüntüləri yayılıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə kadrları Xəzər TV paylaşıb.

Xatırladaq ki, bu gün Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb.

Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb.

Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə əlaqəli dekabrın 26-da ölkədə matəm elan edilməsi üçün Sərəncam imzalayıb.