
İmişli rayonu ərazisində yerləşən tərəvəz istixanasında yanğın baş verib.
Gununsesi.info “Report”- a istinadən xəbər verir ki, hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Bölməsinin 4 texnikası və canlı qüvvəsi cəlb edilib.
Hazırda yanğın söndürülüb və soyutma işləri aparılır.
Yanğın nəticəsində 1979-cu il təvəllüdlü Rüstəmov Teymur Qəhrəman oğlu dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.