
“Bu gün heç bir yaralı və ölənlərin nəşi Azərbaycana gətirilməyəcək”.
Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Heydər Əliyev adına Beynəlxalq Hava Limanının mətbuat xidmətinin rəhbəri Nərmin Xəlilova deyib.
O bildirib ki, zərərçəkmişlərin birinci dərəcəli ailə üzvləri Baş Prokurorluğun Dərnəgüldə yerləşən korpusuna yaxınlaşıb qan analizi verirlər:
“Təyyarə qəzasında zərərçəkmişlərin birinci dərəcəli ailə üzvləri Baş Prokurorluğun Binəqədi rayonu, Süleyman Sani Axundov 160 ünvanında yerləşən inzibati binasına (Dərnəgül metrostansiyasının yaxınlığı) yaxınlaşıb qan analizi verir”.
“Lakin onların nə zaman gətirilmələri ilə bağlı məlumat yoxdur və hazırda bu istiqamətdə araşdırma gedir. Hadisə ərazisində baş verdiyi üçün Qazaxıstan tərəfi araşdırma aparmalıdır ki, bu barədə məlumat olsun. Hazırda bu istiqamətdə araşdırma gedir”, – deyə o, əlavə edib.