Suriyada iki universitetin adı dəyişdirilib

  • By Günel
  • 26 Dekabr 2024 08:23

Suriyadakı fəaliyyət göstərən müvəqqəti hökumət iki universitetin adını dəyişib.

Gununsesi.info xəbər verir ki, adı dəyişən universitetlər Laziqiyyə və Homs vilayətlərində yerləşən Tişrin və Baas universitetləridir.

Laziqiyyə vilayətində yerləşən Tişrin Universitetinin adı dəyişdirilərək Laziqiyyə Universiteti, Homs vilayətində yerləşən Baas Universitetinin adı isə dəyişdirilərək Homs Universiteti edilib.

Fərmanın müvəqqəti hökumətin Baş naziri Məhəmməd Əl-Bəşirin imzası ilə dərc edildiyi bildirilir.

Gununsesi.info