Tokayev Qazaxıstanı inkişaf etmiş nüvə enerjisi olan ölkəyə çevirmək niyyətindədir

  • By Günel
  • 08 Yanvar 2025 20:33

Qazaxıstanın inkişaf etmiş nüvə enerjisinə malik ölkəyə çevrilməsi üçün bir neçə AES-in tikintisi üzrə işləri sürətləndirməlidir.

Gununsesi.info xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

“Atom elektrik stansiyalarının tikintisini sürətləndirmək lazımdır, biz iki böyük stansiya tikəcəyik. Qazaxıstanı inkişaf etmiş nüvə enerjisi olan, süni intellektin fəaliyyət göstərdiyi ölkəyə çevirməliyik”, – Tokayev qeyd edib.

Qazaxıstan lideri bir müddət əvvəl müsahibəsində ölkəsinin yüksək güclü atom elektrik stansiyasına ehtiyacı olduğunu bildirmişdi. O, yaxın vaxtlarda ikinci, bəlkə də üçüncü AES-in tikintisinə başlayacaqlarını istisna etməyib.

Qeyd edək ki, Qazaxıstanda 2024-cü il oktyabrın 6-da atom elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı referendum keçirilib. Stansiyanın tikintisini seçicilərin 71,12 faizi dəstəkləyib.

Gununsesi.info