Təyyarə qəzası: - Tokayev göstəriş verdi

Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra dövlət komissiyası yaradılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Tenqrinyus” məlumat yayıb.

Məlumata görə, komissiyaya Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev rəhbərlik edir.

Prezident Qasım-Jomart Tokayev Astanadan Aktauya həkimlərin göndərilməsi və zərərçəkənlərə hər cür yardımın göstərilməsi barədə göstəriş verib.

Gununsesi.info