
Sumqayıtda yanğın baş verib.
Gununsesi.info APA – ya istinadən xəbər verir ki, hadisə şəhərin 4-cü məhəlləsində yerləşən 12/21 saylı binasının yaşayış olan zirzəmisində qeydə alınıb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Zirzəmidə yaşayan 1 ailənin 3 üzvü və qonşular binadan təxliyə edilib.
Hadisəyə səbəb cərəyən xəttinə taxılan adapterin partlamasının olduğu buldirilir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info