Goranboyda hərbçi qəzaya düşdü

  • By Günel
  • 16 Dekabr 2024 21:18

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info “Unikal”a istinadən xəbər verir ki, qəza Ağcakənd qəsəbəsi istiqamətində qeydə alınıb.

İdarəetmədən çıxan VAZ-2107 markalı avtomobil yol kənarındakı ağaca çırpılıb.

Sükan arxasında olan hərbçi – 2002-ci il təvəllüdlü Rüstəm Abdullayev xəsarət alıb, ona zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info