
Suriyada hökumətin devrilməsi ilə ortaya hər dəfə daha dəhşətli faktlar çıxır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, kütləvi məzarlıq Dəməşqin Hüseyniyyə bölgəsində aşkar edilib.
Qəbiristanlığın təhlükəsizlik işçisi Eymen Halil deyib:
“Vətəndaş müharibəsi başlayandan 2 il sonra indiki kütləvi məzarlığın olduğu yerə yük maşını gəlirdi ki, qoxudan yaxınlaşmaq olmurdu. Sonra anladıq ki, hər həftə bura tikinti texnikası ilə cəsədlər gətirirlər.”
Araşdırmalar davam edir.
Orxan Saffari