Göygöldə avtomobil aşıb, ölən və xəsarət alanlar var

  • By Günel
  • 16 Dekabr 2024 19:31

Göygöl rayonunda avtomobil aşıb, ölən və xəsarət alanlar var.

Gununsesi.info xəbər verir ki, “VAZ-21021” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1997-ci il təvəllüdlü Haxoy Hacıyev aldığı xəsarətdən dünyasını dəyişib.

Daha iki nəfər – 1982-ci il təvəllüdlü Rövşən Rəhimov və 1992-ci il təvəllüdlü Orxan Nəcəfov xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (“Report”)

Gununsesi.info