
Ermənistan Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfirliyin konsulluq şöbəsi adi qaydada işləyir, artıq Ermənistan vətəndaşlarının qəbulu təşkil olunub.
Qeyd olunub ki, Ermənistanın Hələbdəki Baş Konsulluğu da fəaliyyətini bərpa edəcək.
Bundan öncə Ermənistanın Dəməşqdəki səfirliyinin və Hələbdəki baş konsulluğun diplomatik heyəti müvəqqəti olaraq Beyrutdan fəaliyyət göstərib.