İsrailin İrlandiya ilə bağlı qərarı: - Səfirliyini bağlayır

İsrailin xarici işlər naziri Gideon Saar, Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) İsrailə qarşı açılan “soyqırım” işinə müdaxilə etməyə qərar verən İrlandiyadakı səfirliyini bağlayacaqlarını açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Saar, Dublinin Tel-Əvivlə münasibətlərində “bütün qırmızı xətləri keçdiyini” iddia edib.

İrlandiya baş nazirinin müavini və xarici işlər və müdafiə naziri Maykl Martin mayın 28-də keçirilən kabinet iclasından sonra yazılı açıqlama verərək ölkəsinin Fələstin dövlətini rəsmən tanıdığını açıqlayıb.

Təl-Əviv administrasiyası İrlandiyanın Fələstin dövlətini tanımasına cavab olaraq öz səfirini geri çağırıb.

Qeyd edək ki, 2023-cü il dekabrın 29-da Cənubi Afrika Birləşmiş Millətlər Təşkilatının (BMT) 1948-ci il tarixli Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasını pozduğu səbəbi ilə Beynəlxalq Ədliyyə Məhkəməsində İsrailə qarşı iddia qaldırdı.

Orxan Saffari

Gununsesi.info