Qəzaya düşən ANAMA əməkdaşı vəfat etdi - FOTO

  • By Günel
  • 16 Dekabr 2024 08:38

Dekabrın 9-da Füzuli rayonunun Arayatlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1990-ci il təvəllüdlü Mustafa Qasımov vəfat edib.

Gununsesi.info xəbər verir ki, o, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Həmçinin Vətən müharibəsi qazisi olan M. Qasımov Füzuli rayonu Qazaxlar kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, hadisə nəticəsində eyni zamanda Agentliyin əməkdaşları 1995-ci il təvəllüdlü Salman Qəhrəmanov, 2000-ci il təvəllüdlü Ramiz Bəylərzadə müxtəlif bədən xəsarətləri almışdı.

YGgG77tQXGeRDuVu7HFJSHn659Fb9X78ZniPNoaB 640