Gürcü diplomatlar Avropaya vizasız gedə bilməyəcəklər

  • By Günel
  • 16 Dekabr 2024 21:32

Avropa İttifaqı gürcü diplomatları üçün vizasız gediş-gəlişi dayandırmağa başlayır.

Gununsesi.info xəbər verir ki, bu barədə Aİ xarici işlər nazirləri Brüsseldə keçirilən iclasda razılığa gəliblər.

Qərara alınıb ki, diplomatik pasportlara malik Gürcüstan rəsmiləri üçün vizasız gediş-gəliş dayandırmalıdır.

Məlumata görə, sözügedən tədbir mülki vətəndaşlara cəza tətbiq etmədən aparıcı gürcü siyasətçilərinə təsir etmək məqsədi daşıyır.

Gununsesi.info