
Avropa İttifaqı Rusiyaya qarşı 15-ci sanksiyalar paketini qəbul edib.
Gununsesi.info Avropa İttifaqı Şurasının saytında verilən məlumata istinadən xəbər verir ki, siyahıya 54 fiziki şəxs və 30 təşkilat daxil edilib.
Həmçinin “kölgə donanması” na qarşı məhdudiyyətlər çərçivəsində 52 gəmi sanksiya altına düşüb.
Məlumata əsasən Aİ-nin sanksiya tətbiq etdiyi şəxslər arasında Şimali Koreyanın iki yüksək rütbəli məmuru da var.
Hesabatda deyilir ki, yeni sanksiyalar paketi də kölgə donanmasının köməyi ilə məhdudiyyətlərin aşılması ilə mübarizə məqsədi daşıyır.
Şəbnəm