Nigeriyada sərnişinləri daşıyan qayıq batıb: - 20 nəfər ölüb

Nigeriyanın Benue əyalətində sərnişinləri daşıyan qayıq batıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, fəlakət nəticəsində 20 nəfər həyatını itirib.

Belə ki, İqatu bölgəsindəki bazardan qayıdan insanların mindiyi taxta qayıq Benue çayında batıb.

Xilas edilənlərin xəstəxanaya göndərildiyini bildirən Anene bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Orxan Saffari

Gununsesi.info