
İsrail döyüş təyyarələri Suriyanın Latakiya və Tartus əyalətlərində bir çox hərbi məntəqəyə hava zərbələri endirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Latakiya və Tartusdakı hərbi qərargahlara və sursat anbarlarına, 32-ci Hava Hücumundan Müdafiə Alayına, 107-ci Hərbi Qərargahlara, Xraysun, Harab, Miserhin və Ballutiyye kəndlərinə hücumlar təşkil edilib.
Tartusun Hıreysun kəndinə hücum zamanı güclü partlayışlar baş verib.
Orxan Saffari