“Qarabağ”ın heyətində 100-cü Premyer Liqa oyununu keçirən futbolçuya hədiyyə verilib - FOTO

  • By Günel
  • 16 Dekabr 2024 20:00

“Qarabağ”ın heyətində Premyer Liqada 100-cü oyununa çıxan Elvin Cəfərquliyevə hədiyyə verilib.

Gununsesi.info “Report” – a istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçiyə Misli Premyer Liqasının XVII turunda qarşılaşdıqları “Sumqayıt” görüşü öncəsi xatirə forması və diplom təqdim edilib.

Qeyd edək ki, E.Cəfərquliyev “Qarabağ”ın heyətində 100-cü matçını ötən tur “Sabah”a qarşı keçirib.

Gununsesi.info