
ABŞ senatoru Bob Menendez rüşvətxorluq və korrupsiyada təqsirli bilinib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə ABŞ mediası yazıb.
Bildirilir ki, ABŞ-da rüşvətxorluq və korrupsiya ittihamı ilə mühakimə olunan Senatın Xarici Əlaqələr Komitəsinin keçmiş sədri, senator Bob Menendez məhkəmə münsiflər heyəti tərəfindən təqsirli bilinib.
Menendezə qarşı ittihamlar arasında Nyu Cersili bir iş adamından qızıl və nağd rüşvət almaq, Misir hökuməti adından xarici agent kimi fəaliyyət göstərmək, Misir kəşfiyyatı rəsmiləri ilə görüşmək və ölkəyə ABŞ-ın hərbi yardımına çıxış imkanı yaratmaq daxildir.
Münsiflər heyəti Menendesi bu iddiaları əhatə edən 16 maddənin hamısında günahkar bilib.
Münsiflər heyətinin hökmü, Demokrat senatorun müttəfiqlərini cinayət araşdırmalarından qorumaqda və özünü və qohumlarını, o cümlədən həyat yoldaşını zənginləşdirmək üçün vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunduğu doqquz həftəlik məhkəmə prosesinin ardınca çıxıb.
Afət Abbasova
Gununsesi.info