Siyarto Lavrovla Macarıstana neft və qaz tədarükünü müzakirə edib

  • By ilhame
  • 16 İyul 2024 22:38

Macarıstanın xarici işlər naziri Peter Siyarto Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ukrayna ərazisindən tranzit dayandırıldıqdan sonra eft və qaz tədarükünü müzakirə edib.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Peter Siyarto jurnalistlərə açıqlamasında deyib.

 

“Biz Rusiyadan Macarıstana təhlükəsiz qaz və neft tədarükü məsələsini müzakirə etdik. Biz tədarükü bərpa etməyə imkan verəcək hüquqi həll üzərində işləyirik, çünki Rusiya nefti bizim enerji təhlükəsizliyimiz baxımından vacibdir”, – o, bildirib.

Gununsesi.info