
Argentina prezidenti Xavyer Miley ölkənin Federal Kəşfiyyat İdarəsinin (Agencia Federal de Inteligencia, AFI) ləğv edilməsi barədə göstəriş verib və onun yerində yeni agentlik yaradılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə bazar ertəsi, iyulun 15-də dövlət başçısının administrasiyası X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilir ki, bu addım kəşfiyyatın daxili casusluqda, siyasi və ideoloji təqiblərdə iştirakı ilə bağlı istintaqın nəticələri ilə izah olunur.
Maylinin fərmanına əsasən, 2015-ci ildən mövcud olan AFİ-ni birbaşa prezidentə tabe olan Dövlət Kəşfiyyat Katibliyi (SİDE) əvəz edəcək və kəşfiyyat sisteminin transformasiyası və modernləşdirilməsi və öz missiyalarının inkişafında mükəmməlliyi və peşəkarlığı təşviq etmək məqsədilə” yaradılmış dörd agentliyə nəzarəti ələ keçirəcək.
Gununsesi.info