
Omanın paytaxtı Məsqətdə məscidin qarşısında baş verən atışma nəticəsində biri polis olmaqla azı altı nəfər ölüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Oman polisi “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
“Hadisə zamanı beş mülki şəxs, bir polis və üç cinayətkar ölüb, 28 nəfər yaralanıb. Hücum edənlər məhv edilib”, – məlumatda qeyd edilib.
Hadisənin baş vermə şəraiti ilə bağlı araşdırmalar davam edir.
Gununsesi.info