Aİ-nin aparıcı rəsmiləri Macarıstanın keçirdiyi görüşləri baykot edəcək

  • By ilhame
  • 16 İyul 2024 19:00

Budapeştin Avropa İttifaqına (Aİ) altı aylıq rotasiyalı sədrliyi dövründə Avropa komissarları Macarıstanın baş naziri Viktor Orbanın keçirdiyi qeyri-rəsmi görüşləri boykot edəcəklər. Bu bəyanatı Avropa Komissiyası Orbanın Rusiya və Çin liderləri – Vladimir Putin və Si Cinpinlə Aİ ilə razılaşdırılmayan görüşlərindən sonra verib.

 

“Macarıstanın sədrliyi ilə başlayan son hadisələr fonunda Avropa Komissiyasının rəhbəri (Ursula fon der Leyen) qərara gəlib ki, Komissiya yalnız Aİ Şurasının qeyri-rəsmi toplantılarında aparıcı rəsmilər ilə təmsil olunacaq”, – fon der Leyenin baş sözçüsü Erik Mamer X platformasında yazıb.

 

Bundan başqa, “Avrokomissiyanın kollegiyası sədr ölkəyə (Macarıstana) səfər etməyəcək”, – Mamer deyib. Kollegiya Avropa Komissiyanın liderlərini təmsil edir, 27 komissardan ibarətdir.

 

Macarıstan bu bəyanata etirazını bildirib. Avropa məsələləri üzrə nazir Yanoş Boka komissiyanı işləmək istədiyi institutlar və üzv ölkələr arasında seçim etməkdə günahlandırıb.

Gununsesi.info