NATO region ölkələrinə yaxşı niyyətdə deyil

Boliviyanın prezidenti Luis Arce NATO siyasətini dünya sülhü üçün təhlükə adlandıraraq, alyansın hazırda Latın Amerikasında da fəaliyyət göstərdiyini vurğulayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Arcenin sözlərinə görə, Boliviya NATO-nun əvvəllər olmadığı region ölkələrində necə fəaliyyət göstərdiyini “böyük narahatlıqla” izləyir.

O vurğulayıb ki, bu, regionda “tamamilə dost olmayan” abu-hava yaradır: “NATO-nun hərəkətləri dünya sülhünü təhdid edir və biz bunu təkcə Avropada deyil, Latın Amerikasında da gördük.”

Onun sözlərinə görə, Latın Amerikası ölkələr arasında münaqişələrin silahla deyil, dialoqla həll etməlidir: “NATO region ölkələrinə yaxşı niyyətdə deyil”.

Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In daha əvvəl ABŞ-ı Yaponiya və Cənubi Koreya ilə əlaqələri gücləndirməklə NATO-nun Asiya versiyasını yaratmağı planlaşdırmaqda ittiham etmişdi.

Kim bəyan edib ki, belə bir şəraitdə Pxenyan hərbi potensialını gücləndirmək üçün iki dəfə çox səy göstərməli olacaq.

 

 

Gununsesi.info