Roma Papası xəstəxanaya yerləşdirilib

  • By Günel
  • 14 Fevral 2025 23:23

Roma Papası Fransisk xəstəxanaya yerləşdirilib.

Gununsesi.info Axşam.az – a istinadən xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Bronxitdən əziyyət çəkən Fransisk iclaslardan birində nəfəs almaqda çətinlik çəkdiyi üçün cümə günü Romadakı Gemelli xəstəxanasına aparılıb.

Katolik kilsənin rəhbəri lazımi diaqnostik testlərdən keçəcək və bronxit müalicəsini xəstəxana şəraitində davam etdirəcək.

Bu səbəbdən onun yaxın bir neçə gün üçün planlaşdırılan görüşləri ləğv edib.

Gununsesi.info