Tramp bildirib ki, Ukrayna istənilən sülh danışıqlarında Rusiya ilə masa arxasında oturacaq. Tramp həmçinin bəyan edib ki, Rusiya G7-yə qayıtmalıdır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə açıqlama verib.
Rusiya ilə bağlı o, “Biz onların G7-yə qayıtmasını çox istərdik. Onları G7-dən çıxarmaq səhv idi” deyib.
Tramp Rusiya və Çinlə müdafiə xərcləri ilə bağlı konfranslar keçirmək istədiyini də əlavə edib.
Nüvə silahlarının istehsalı ilə bağlı danışan Tramp “Bunun üçün heç bir səbəb yoxdur” deyib.
Nəhayət, müdafiə xərclərini yarıya qədər azalda biləcəklərini bildirdi.
Tramp Gömrük Vergisi fərmanı ilə bağlı da açıqlamalar verib.
Gömrük rüsumundan yayınmaq üçün başqa ölkə vasitəsilə mal göndərilməsinin qəbuledilməz olduğunu deyən Tramp, “Amerikanın müttəfiqləri vergilər üzrə düşmənlərimizdən daha kordur” deyib.
Orxan Saffari