
Çinin Şandun əyalətinin Zibo şəhərindəki əyləncə parkı zebralar olmadığı zaman eşşəkləri ağ-qara rəngə boyayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, görüntülər sosial mediada sürətlə yayıldıqdan sonra zoopark sahibləri ziyarətçilərin sayını artırmaq üçün bu üsuldan istifadə etdiklərini etiraf ediblər.
Əvvəllər başqa bir zooparkda itlərin pandalara bənzəmək üçün rəngləndiyi məlum olsa da, Zibodakı səlahiyyətlilər də oxşar təcrübə həyata keçiriblər.
Qısa zamanda sosial mediada trend mövzusuna çevrilən hadisə böyük əks-səda doğurub.
Çinin məşhur sosial media platforması Douyin-də bir çox istifadəçi bu hərəkəti “yanıltıcı və qeyri-etik” adlandırıb, bəziləri isə “həm heyvanlara, həm də ziyarətçilərə qarşı haqsızlıqdır” şərhini verib.
Tənqidləri müdafiə edən əyləncə parkının işçiləri bu addımın sadəcə bir marketinq strategiyası olduğunu iddia etdilər. İstifadə olunan boyaların zəhərli olmadığını və heyvanlara zərər vermədiyini iddia etsələr də, heyvan hüquqları müdafiəçiləri bu cür hərəkətlərin qeyri-etik olduğunu vurğulayaraq səlahiyyətliləri daha sərt nəzarətə çağırıblar.
İctimaiyyətdə böyük əks-səda doğuran hadisədən sonra gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün daha sərt qaydaların tətbiq edilməsi tələbləri irəli sürülür.
Orxan Saffari