32 yaşlı həkim həftədə 56 yumurta yeyir: - Qeyri-adi pəhrizin səbəbini açıqladı

32 yaşlı həkim sosial şəbəkə hesabında gündə 8 yumurta, həftədə isə 56 yumurta yediyini paylaşıb. Dr. Sermed Mezher həftədə 56 yumurta yeməsinin maraqlı səbəbini açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, TikTok-da 294 min izləyicisi olan 32 yaşlı ailə həkimi və sosial media fenomeni Dr. Sermed Mezher əzələli bədənini qorumaq üçün əməl etdiyi qeyri-adi pəhrizi açıqlayıb. Həftədə 56 yumurta istehlak etdiyini bildirən Dr. Mezher hər gün səhər yeməyində 8 yumurta ağı və 1 yumurta sarısı ilə hazırlanmış omlet yeyir.

Əzələ kütləsini qorumaq üçün bu pəhrizə keçdiyini söyləyən Mezher, yumurtanın yağlılığından qaçdığı üçün yalnız ağ hissəsini istehlak etdiyini, eyni zamanda D, A və B12 vitaminləri almaq üçün diyetinə hər gün bir sarısı əlavə etdiyini ifadə etdi.

Dr. gündəlik iş rejiminə səhər 5-də oyanaraq başlayır. Səhər yeməyindən sonra Mezher idman zalına gedir. Tərkibində 50 qramdan çox protein olan omlet gün ərzində protein ehtiyacını ödəyir.

Naharda toyuq, axşam yeməyində isə mal əti salatı və ya somon şorbası ilə kartof yeyir. Zülal tozuna gəlincə, o, standart məhsullara deyil, tərkibində daha yüksək protein olan zərdab protein izolatına üstünlük verir.

“Mən əzələ saxlama mərhələsindəyəm, ona görə də nə arıqlamağa, nə də əzələ qurmağa çalışıram. Ancaq hər kəsə mənim kimi pəhriz saxlamağı tövsiyə etməzdim, çünki performansımı dəstəkləmək üçün çox məşq edirəm” deyir.

Dr. Mezherin pəhrizi ona Yaponiyada yaşayan fitnes həvəskarı Cozef Everetti xatırladıb. Everett gündə 30 yumurta istehlak edərək əzələ kütləsini 6 kq artırıb və qan yağını azaldıb.

Yumurtanın xolesterola təsiri uzun müddətdir müzakirə olunsa da, yeni araşdırmalar göstərir ki, balanslaşdırılmış qidalanma ilə gündəlik yumurta istehlakı ürək xəstəliyi riskini artırmaya bilər.

Orxan Saffari

Gununsesi.info