Həmas girovların azad ediləcəyini elan etdi

Həmas şənbə günü azad ediləcək girovların adlarını açıqlayıb. Fələstin qrupu həftənin əvvəlində İsrailin razılaşmanı pozması səbəbindən girovların azad edilməsini dayandırdığını açıqlamışdı. Bu böhran aradan qaldırıldıqdan sonra razılaşmanın davam edəcəyi və girovların planlaşdırıldığı kimi azad ediləcəyi açıqlanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, sabah azad ediləcək girovların adlarının Saşa Aleksandr Trufanov , Sagui Dekel Çen və İair Horn olduğu bildirilir.

Həmas bu həftənin əvvəlində İsrailin razılaşmanı pozduğuna görə girovların azad edilməsini dayandırdığını açıqlamışdı.

Yardım və yanacaq daşıyan maşınlar Qəzzaya daxil olmağa davam edir.

Orxan Saffari

Gununsesi.info