
İstanbulda Oğuz Murat Acının ölümünə səbəb olan qəzaya görə məsuliyyət daşıyan Timur Cihantimur və onu xaricə aparan anası Eylem Tokun Türkiyəyə təhvil verilməsi qərarından sonraə. Eylem Tokun vəkili ekstradisiya prosesinin dayandırılması üçün müraciət edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, məhkəmə Eylem Tokun Türkiyəyə ekstradisiyasının müvəqqəti olaraq təxirə salınmasına qərar verib.
Müraciətdə ekstradisiyanın müvəqqəti dayandırılmasının hüquqi zərurət olduğu və Tokun qanuni hüquqlarını tam şəkildə həyata keçirmək üçün əlavə vaxta ehtiyacı olduğu vurğulanıb.
Eylem Tokun vəkili tərəfindən təqdim edilən ərizədə Tokun Türkiyəyə ekstradisiya ediləcəyi təqdirdə ciddi risklərlə üzləşəcəyi iddia edilib, Tok və ailəsinin Türkiyədə ölüm təhdidləri alması, ekstradisiya ediləcəyi təqdirdə bu təhdidlərin reallaşma ehtimalının yüksək olduğu bildirilib. Müraciətdə bu vəziyyətin insan hüquqlarına böyük təhlükə yaratdığı və prosesin müvəqqəti dayandırılmasının məhkəmə üçün kritik qərar olacağı bildirilib.
Orxan Saffari