
Cənubi Koreyanın liman şəhəri Busanda otelin tikintisində baş verən yanğında 6 işçi ölüb, 25 nəfər yaralanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreyanın Busan şəhərində tikilməkdə olan Banyan Tree Hoteldə yanğın baş verib . Əraziyə yanğınsöndürənlər və tibb qrupları göndərilib.
Təbii fəlakət nəticəsində 6 işçi həyatını itirib, 25 nəfər isə yaralanıb. Cənubi Koreyanın vitse-prezidenti Çoi Sanq-mok yanğının söndürülməsi üçün bütün mövcud resurslardan istifadə edilməsini əmr edib.
Yanğının izolyasiya materialından qaynaqlandığı düşünülərkən, daha çox insan tələfatı olacağına dair qorxuların olduğu öyrənildi.
Orxan Saffari