Zelenski Trampın saziş təklifini rədd etdi

  • By Günel
  • 15 Fevral 2025 09:15

“Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə ölkəsinin faydalı qazıntı ehtiyatlarının 50%-nə sahib olmaq hüququ verən sazişi imzalamaqdan imtina edib”.

Gununsesi.info xəbər verir ki, bu barədə “Washington Post”un (WP) köşə yazarı Coş Roqin X-də yazıb.

“Münhendə ABŞ Konqresinin nümayəndə heyəti Zelenskiyə müvafiq sənəd verib. Bu sənəd ABŞ-yə Ukraynanın gələcək mineral ehtiyatlarının 50%-nə sahib olmaq hüququ verəcəkdi”, – deyə jurnalist bildirib.

Roqin Zelenskinin sözügedən sazişi imzalamaqdan imtina etdiyini qeyd edib.

Xatırladaq ki, Donald Tramp göstərilən yardımların qarşılığı olaraq Ukraynanın mineral ehtiyatlarından istifadə etmək istədiyini açıqlamışdı.

Gununsesi.info