
Astronomlar, Yerin də daxil olduğu Günəş sistemimizdən cəmi 20 işıq ili uzaqlıqda, həyatı dəstəkləyə biləcək şərtlərə malik ekzoplanetin mövcudluğunu təsdiqləyiblər. HD 20764 d adlanan bu planetin Yerdən təxminən altı dəfə böyük olduğu və səthində maye suyun mövcud olmasına uyğun orbitdə olduğu bildirilir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Astronomlar Günəş Sistemimizdən cəmi 20 işıq ili uzaqlıqda, həyatı dəstəkləyə biləcək şəraitə malik ekzoplanetin mövcudluğunu təsdiqləyiblər .
HD 20794 d adlanan bu planet Yerin kütləsindən təxminən altı dəfə çox kütləyə malikdir və səthində maye suyun mövcud olmasına uyğun orbitdədir.
HD 20794 d Günəşə bənzər, lakin bir qədər kiçik və daha yaşlı bir ulduzun ətrafında fırlanır.
Ulduzun yetkinliyi o deməkdir ki, planetin orbiti sabitləşə bilər. Bu, HD 20794 d-ni yaşamaq üçün potensial bir dünya edir.
Oksford Universitetinin astrofiziki Michael Cretignier, “Siqnal əvvəlcə çox zəif idi, lakin bunu təsdiqləmək böyük zövq idi. 20 işıq ili qısa məsafəsi onu gələcəkdə müşahidə etmək üçün böyük imkan yaradır” deyib.
Astronomlar maye suyun mövcudluğunu həyatın əsas tərkib hissələrindən biri hesab edirlər. Planetin səthində maye suyun olması üçün onun ulduzuna nə çox yaxın, nə də çox uzaqda olması lazımdır. Bu şərtlərə cavab verən orbital bölgə “yaşayış zonası” adlanır.
HD 20794 d-nin öz ulduzu ətrafındakı orbiti təxminən 648 gün çəkir və əsasən bu yaşayış zonasında yerləşir. Lakin onun elliptik orbiti bəzən planetin ulduzdan uzaqlaşmasına və səthinin temperaturunun əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb ola bilər.
Orxan Saffari