Kreml: - “Çernobıl hücumu Kiyevin uydurmasıdır”

Kremlin sözçüsü Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ordusunun Çernobıl Atom Elektrik Stansiyasına pilotsuz uçan aparatla hücum təşkil etməsi ilə bağlı açıqlamasını təkzib edərək, “Çernobıla hücum etdiyimiz iddiası Kiyevin uydurmasıdır” deyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Zelenskinin açıqlamasının doğru olmadığını bildirib və əlavə edib:

“Rusiyanın hər hansı nüvə infrastrukturu obyektinə, nüvə enerjisi infrastrukturuna hər hansı hücumundan söhbət gedə bilməz. Ona görə də, nə olursa olsun, bu cür iddialar reallıqla uzlaşmır. Çox güman ki, söhbət Kiev tərəfindən edilən başqa bir uydurma və təxribatdan gedir.”

Orxan Saffari

Gununsesi.info