Ermənilər ekologiya və təbiətə 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurublar

  • By Günel
  • 14 Fevral 2025 21:51

1992-2023-cü illər ərzində həyata keçirilmiş qanunsuz iqtisadi fəaliyyətlər nəticəsində Azərbaycan Respublikasına məxsus olmuş sərvətlərin qanunsuz istismar edilməsi hesabına əldə edilən gəlirlər də daxil olmaqla ümumilikdə kənd təsərrüfatı, mineral xammal hasilatı, enerji (hidroenerji) istehsalı, pərakəndə ticarət, ictimai iaşə dövriyyəsinin həcmi, sənaye məhsulunun və digər fəaliyyət sahələri, habelə “Frank Müller Group” şirkətinin qanunsuz fəaliyyəti, qanunsuz balıq kürüsü istehsalı fəaliyyəti və “Artsakhbank” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən aparılmış qanunsuz maliyyə əməliyyatları üzrə cəmi 20.9 milyard manatdan artıq maddi ziyan vurulmaqla əldə edilən qanunsuz gəlirlər terrorçuluğun maliyyələşdirilməsinə xərclənib.

Gununsesi.info xəbər verir ki, bu barədə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində bildirib.

Bundan başqa, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev təcavüzkar müharibə gedişində Azərbaycan Respublikasının ekologiyasına ziyan vurulması cinayət faktlarını elan edib.

Bildirilib ki, Azərbaycan Respublikasına qarşı törədilmiş təcavüzkar müharibə nəticəsində 1980-ci illərin sonlarından 2023-cü il sentyabrın 20-dək olan müddət ərzində işğal olunmuş Azərbaycan Respublikasının ərazilərində ağacları, kolları və digər yaşıllıqları məhv etməklə, su mənbələrini, su hövzələrini və su anbarlarını çirkləndirməklə, su ehtiyatlarından istifadəni qəsdən qeyri-mümkün etməklə, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqları dağıtmaqla Azərbaycan Respublikasının ekologiyasına və təbiətə ümumilikdə külli miqdar təşkil edən 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub.

Bundan sonra çıxış edən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi Nəsir Bayramov və döv təcavüzkar müharibə gedişində ərazilərin minalanması, mina partlayışı yolu ilə təcavüzün davam etdirilməsi faktlarını elan edərək bildirib ki, Azərbaycan Respublikasının işğal olunmuş suveren ərazilərinin 1,1 milyon hektardan artıq sahəsi 1 milyondan artıq tank və piyada əleyhinə minalarla, eləcə də, digər partlamamış hərbi sursatlarla çirkləndirilib.

Gununsesi.info