Rusiyada müsəlman idmançılar uşaqları idman zalından qovublar

Həştərxanda müsəlman idmançılar rusiyalı uşaqları ibadət etmək üçün idman zalından qovublar.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hadisə Rusiyanın bir çox regionlarından iştirakçıların cəlb olunduğu döyüş yarışından əvvəl məşq zamanı baş verib.

İslam dininə etiqad edən idmançılar zalın dini ayinlər üçün uyğun olmamasına baxmayaraq, digərlərindən binanı tərk etməyi xahiş ediblər.

Bildirilib ki, məşqçi və digər təşkilatçılara qarşı araşdırmalar aparılacaq.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurası (HRC) yaşayış binalarında ibadət evlərinin yerləşdirilməsinin qadağan edilməsini təklif etmişdir.

Buna səbəb  Moskva sakinlərinin müraciəti olub.

İHK-ya müraciəti imzalayanlar isə qərarın onlarla razılaşdırılmadığını bildirmişdilər.

 

 

 

 

Şəbnəm

Gununsesi.info