
Britaniya Müdafiə Nazirliyinin podratçısının internet saytı sındırılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hücum edənlər indiki və keçmiş hərbçilərin əmək haqqı hesablama sisteminə daxil olublar.
Bildirilir ki, hakerlər Müdafiə Nazirliyinin əməkdaşlarının adlarını və şəxsi məlumatlarını, o cümlədən bank rekvizitlərini öyrənə biliblər. Eyni zamanda, kanalın mənbələri hücum edənlərin Çin hakimiyyəti ilə əlaqəli olduğunu iddia edir.
Məlumata əsasən Britaniya hökuməti haker hücumuna görə birbaşa Çini günahlandırmağı düşünmür.
Artıq haker hücumu ilə bağlı departament araşdırması aparılır. Nazirliyin sistemi hakerlik əlamətləri aşkar edildikdən dərhal sonra söndürülüb.
Martın sonunda Böyük Britaniyanın baş nazirinin müavini Oliver Douden 2021-2022-ci illərdə Böyük Britaniyaya iki böyük kiberhücuma görə Çinlə əlaqəli qrupların məsuliyyət daşıdığını bildirmişdir.
Onun sözlərinə görə, sındırmalardan biri 2021-2022-ci illər arasında Britaniya Seçki Komissiyasında baş vermişdir. Onlar komissiyanın elektron poçtlarına və fayl paylaşma sistemlərinə giriş əldə edə biliblər.
Eyni zamanda 2021-ci ildə hakerlər Böyük Britaniya Parlamentinin qeydlərindən də məlumat əldə etməyə çalışıblar.
Qeyd edək ki, əvvəllər Microsoft və OpenAI, Çin, Rusiya, İran və Şimali Koreya hökumətləri ilə əlaqəli olduğu iddia edilən haker qruplarının hücumlarını təkmilləşdirmək üçün şirkətlərin süni intellekt texnologiyalarından istifadə etməyə çalışdıqları bildirilmişdir.
Şəbnəm
Gununsesi.info