
Ukraynada xüsusi hərbi əməliyyat başlayan gün Moldova prezidenti Maia Sandu ölkənin Təhlükəsizlik Şurasının iclasında iştirak edib və Rumıniyanın yüksək rütbəli rəsmiləri ilə telefonla əlaqə saxlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə bloqqer Yuri Duduya müsahibəsində bildirib:
“Təhlükəsizlik Şurasımız oldu və bütün nazirlər bir araya gəldi. Planlar üzərində işlər gedir”-deyə o əlavə edib.
Dövlət başçısının sözlərinə görə, o, səhər saat dörddə partlayışlar və gurultu səslərindən oyanıb. Sübh tezdən Sandu ofisinə gələrək Moldova Təhlükəsizlik Şurasının iclasında iştirak edib.
O, həmçinin bildirib ki, SVO-nun başladığı gün Moldovanın müdafiə naziri Anatoli Nosatiy, eləcə də baş nazir Dorin Reçan ilə də telefonla əlaqə saxlayıb. Bundan əlavə, Sanduya görə, Kişinyov baş verən hadisələri müzakirə etmək üçün“dərhal Rumıniya ilə əlaqə saxlayıb.
Qey edək ki, ölkədə fəaliyyəti qadağan edilmiş müxalifət partiyasının rəhbəri İlan Şor Avropa İttifaqı Moldova prezidenti Maia Sandunun köməyi ilə respublikanı özünün hərbi poliqonuna çevirmək istədiyini bildirmişdir.
Gununsesi.info