
Rusiyalı jurnalist, “Forbes”in rus versiyasının xəbər redaktoru Sergey Mingazov saxlanılıb.
Gununsesi.info rus mətbuatına istinadən xəbər verir ki, jurnalist Rusiya ordusu ilə bağlı saxta xəbərlərin yayılmasında ittiham olunur.
Vəkili Konstantin Bubonun sözlərinə görə, həbsə əsas kimi Minqazovun 400-dən bir qədər çox abunəçisi olan “Xabarovskaya minqazeta” teleqram kanalında Buçada baş verən hadisələrlə bağlı dərc olunmuş material olub.
Jurnalist İstintaq Komitəsi tərəfindən ittiham olunduqdan sonra Xabarovskdakı müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Vəkil bildirib ki, onun evində axtarış əməliyyat işləri aparılıb: “Onlar həm onun, həm də ailəsinin bütün üzvlərinin kompüterlərini və telefonlarını götürüblər” .
Məlumata əsasən Minqazovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclası sabah keçiriləcək.
Vəkilin bildirdiyi kimi, jurnalist siyasi, ideoloji və ya digər nifrət və ya düşmənçilik əsasında Rusiya ordusu haqqında bilərəkdən yalan məlumat yaymaqda ittiham olunur. (Rusiya Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin “e” bəndi.)
Bu maddə ilə nəzərdə tutulmuş ən yüksək cəza beş ilə müddətədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə yanaşı, eyni zamanda beş ildən on ilə müddətədək azadlıqdan məhrum etmə, habelə 3-5 milyon rubl arası ( 31-50 min dollar) cərimədir.
Qeyd edək ki, son illərdə Sergey Mingazov Forbes-in rus nəşri üçün yazılar yazıb. Eyni zamanda o “Vedomosti” ilə əməkdaşlıq edib və Xabarovskda TASS agentliyinin öz müxbiri kimi də işləyib.
Xatırladaq ki, 2022-ci il martın sonunda Rusiya ordusu Kiyevdən geri çəkildikdən sonra Ukraynanın paytaxtı yaxınlığında yerləşən Buça şəhərində küçələrdə insanların cəsədləri olan, bəzilərinin əlləri bağlı olan kütləvi məzarlıqlar aşkar edilib.
Rusiya Müdafiə Nazirliyi Buçadan yayımlanan fotoşəkilləri təxribat adlandırıb. Departament iddia edib ki, rus hərbçilərinin ərazidə olduğu müddətdə “heç bir yerli sakin heç bir zorakılıq hərəkətindən əziyyət çəkməyib”.
Hökümət bundan sonra Buçada dinc əhalinin qətliamları barədə məlumat yayanları təqib etməyə başlayıb.
Şəbnəm
Gununsesi.info