
Rusiya cəbhə xəttini təchiz etmək üçün Ukraynanın şərqindən keçən quru yollardan istifadə etməyə keçib və Kerç boğazı üzərindən körpünün istismarını dayandırıb.
Gununsesi.info xəbər verir ki, Ukraynanın ən böyük özəl kəşfiyyat agentliyi Molfar tərəfindən təhlil edilən peyk görüntülərinın göstəricilərinə əsasən hərbi yük qatarları son üç aydır körpüdən keçmir.
Fevralın 29-dan 55 yanacaq vaqonu daşıyan yalnız bir Rusiya yük qatarı müşahidə edilib.
Qeyd olunur ki, Moskva 2023-cü il iyunun 17-də baş verən hücumdan sonra Krım körpüsündən istifadəni xeyli azaldıb. Daha sonra Ukrayna Hərbi Dəniz Qüvvələrinin pilotsuz təyyarələri kətanın bir hissəsinə zərər verə bilib.
Molfar şirkətinin baş direktorunun sözlərinə görə, Rusiya hakimiyyətinin körpüdən istifadəni dayandırmaq qərarı Rostov vilayətində Taman üzərindən yük daşımalarının kəskin artması ilə üst-üstə düşüb. Onun bildirib ki, Rusiya Krımı “materik” Rusiya ilə birləşdirmək üçün işğal etdiyi ərazilərdə, yəni Melitopol, Berdyansk və Mariupolda yeni dəmir yolu xətləri çəkməyə başlayıb.
Məlumata əsasən Melitopoldan Berdyansk və Mariupola, oradan isə Rostov-na-Dona uzanan yeni dəmir yolu xətti çox güman ki, rus qoşunları tərəfindən bu yay başlaması gözlənilən yeni hücum üçün istifadə olunacaq.
Aprelin 11-də Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin yeni əks-hücum zamanı Krım körpüsünü dağıtmağa hazırlaşdığını bildirmişdir.
Ukrayna mənbələrinin məlumatında Ukrayna kəşfiyyatı 2024-cü ilin birinci yarısında Krım körpüsünə üçüncü hücuma hazırlaşdığı deyilir. Onların fikrincə, Ukrayna Dövlət Kəşfiyyat İdarəsi artıq bu məqsədə çatmaq üçün əksər vasitələrə malikdir. Departamentin rəhbəri qeyd edib ki, Rusiya Krım körpüsünü yaxşı qorusa da, onlar bu məsələ üzərində ciddi şəkildə işləyirlər.
Qedy edək ki, Ukrayna müharibə başlayandan sonra iki dəfə Krım körpüsünə hücum edib.
Hücumlar ərəfəsində Zelenski bildirib ki, Krım körpüsü kiçik logistik yol deyil.
Rusiya prezidenti Vladimir Putin isə öz növbəsində körpünün hərbi nəqliyyat üçün istifadəsini inkar edib və Kiyevin onu dağıtmaq cəhdlərini hərbi baxımdan mənasız cinayə adlandırıb.
Şəbnəm
Gununsesi.info