“TikTok” fenomeni öldürüldü

TikTok sosial media platformasında yüz minlərlə izləyicisi olan məşhur iraqlı fenomen Om Fahad cümə günü Bağdadda naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İraq Daxili İşlər Nazirliyi fenomeni öldürənlərin kimliyini müəyyən etmək üçün xüsusi əməliyyat qrupu yaradıb.

 

Nazirlikdən mətbuata verilən məlumatda təqsirkarın saxlanıldığı xəbərinin düzgün olmadığını və istintaqın hələ də davam etdiyi bildirilib.

Hadisə şahidləri bildiriblər ki, Om Fahad evinin qarşısında avtomobilində olarkən motosikletdə olan bir şəxs tərəfindən odlu silahla öldürülüb.

 

Ölkə mediası Om Fahadın digər sosial media fenomeni Dalia Naeem arasındakı gərginlikdən də yan keçməyib.

 

Qeyd edək ki, Fəhad keçən il “ictimai əxlaqa” uyğun gəlməyən videolar paylaşdığı üçün 6 ay həbs cəzasına məhkum edilmişdi.

 

 

 

Şəbnəm

Gununsesi.info