
“Ermənistanda Rusiya telekanalları respublika hakimiyyətinin tələblərinə məhəl qoymağa davam etsələr, bağlana bilər”.
Gununsesi.info xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan deyib.
O, bildirib ki, ölkə Rusiya telekanallarının verilişlərinin Ermənistan vətəndaşlarına və siyasi sisteminə hörmətlə yanaşmasını gözləyir: “Düşünmürəm ki, biz qeyri-mümkün bir şey tələb edirik”.
Baş nazir Ermənistan hakimiyyətinin tələbləri yerinə yetirilməyəcəyi təqdirdə ölkədəki Rusiya kanallarını bağlayacağı ilə hədələyib.
“Artıq yeddi dəfə və ya daha çox xahiş etmişik, tələb etmişik, daha iki dəfə tələb edəcəyik”, – deyə Paşinyan vurğulayıb.
Şəbnəm
Gununsesi.info