Bakıda beş otaqlı ev yandı

Bakının Xəzər rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən xəbərə görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları 100 m² sahədə və dam örtüyü yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.