ADA Universitetinin tələbələri ABŞ-nin Bakıdakı Səfirliyində görüşdə olublar -Fotolar

“ADA Universitetinin bir qrup tələbəsini ABŞ-nin Bakıdakı Səfirliyində qarşılamaqdan məmnunluq duyduq”.

Gununsesi.info xəbər verir ki, bu sözləri səfirliyin rəsmi səhifəsi paylaşıb.

Paylaşımda həmçinin deyilib:

“Səfər çərçivəsində tələbələr Müvəqqəti İşlər Vəkili Hüqo Guevara, Səfirliyin nümayəndələri və @EducationUSA məsləhətçiləri ilə görüşdülər. Bu görüş onlara diplomatiya, beynəlxalq münasibətlər və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş əməkdaşlıq səyləri barədə birbaşa təsəvvür əldə etmək imkanı yaratdı. Fəal iştiraklarına görə tələbələrə təşəkkür edir, təhsil yollarında onlara uğurlar arzulayırıq”.

 

 

 

Gununsesi.info