“Qarabağ” Azərbaycan Kubokunun qalibi olub

  • By ilhame
  • 02 İyun 2024 22:08

Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

 

Gununsesi.info-nun məlumatına görə, həlledici final matçında “Qarabağ” və “Zirə” komandaları üz-üzə gəliblər.

 

“Liv Bona Dea Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi bitib – 2:1.

 

“Köhlən atlar”ın heyətində 42-ci dəqiqədə Olavio Juninyo, 62-ci dəqiqədə Abdullah Zubir fərqlənib. “Zirə”də İsmayıl İbrahimli 57-ci dəqiqədə adını tabloya yazdırıb.

 

Beləliklə, “Qarabağ” səkkizinci dəfə ölkə kubokunda qızıl medallara sahib çıxıb.

 

Cari mövsüm Azərbaycan Premyer Liqasının da qalibi olan komanda mövsümü “qızıl dubl”la başa vurub.

Gununsesi.info