
Minifutbol üzrə Azərbaycan milli komandasının üzvləri təltif olunub.
Gununsesi.info xəbər verir ki, futbolçulara “Əməkdar idman ustası” fəxri adı verilib.
Təltifetmə mərasimi 2025-ci ildə Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı ilə bağlı tədbirdə baş tutub.
İdmançılara medalları və vəsiqələri gənclər və idman naziri Fərid Qayıbov təqdim edib:
Təltif olunan idmançılar: Ramil Həsənzadə Davud Kərimi Seymur Məmmədov Mirmehdi Rzayev Rəvan Kərimov Tanrıverdi Məhərrəmli Vüsal İsayev Samir Həmzəyev Təhmuraz Əmircanov Elvin Əlizadə Vitali Borisov Taleh Babayev Tural Nərimanov Asif Zeynalov
Gununsesi.info